Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir. Beynəlxalq ictimaiyyət öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalına göz yumub.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Ankarada keçirilən “Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfransda deyib.
O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi və Türkiyənin dəstəyi ilə 30 illik erməni işğalına son verib:
“Azərbaycan öz işini özü gördü. Qarabağ azad olundu. İnşallah, qarşıdakı dövrdə Qarabağ abad olacaq”.
“Türkiyə-Azərbaycan həmrəyliyinin nəticəsini Qarabağda gördük”, - N.Qurtulmuş vurğulayıb.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq