"Azercell" yeni tədris ili münasibətilə 010 prefiksli nömrələrə endirimli kampaniya elan edir
Azercell Telekom yeni təhsil ilinin başlanması münasibəti ilə “Yeni Dərs ili 2023” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində 7 sentyabr tarixindən etibarən lider mobil operator 010 prefiksli seçilmiş seriyalardan nömrələrə ilk dəfə olaraq endirim tətbiq edəcək. Müştərilər www.azercellim.com saytına keçid edib 010 380 seriyalı fakturasiz xətt (SimSim) və ya 010 223 seriyalı fakturalı xətt nömrələri arasından seçdikləri istənilən nömrəni 30% endirimlə əldə edə biləcəklər. Kampaniya 31 Oktyabr 2023 tarixinədək davam edəcək.
Qeyd edək ki, lider mobil operatorun təqdim etdiyi texnoloji yeniliklərdən biri olan onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkündür. İlk dəfə olaraq nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirmək imkanına malikdir.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq