Son zamanlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına və əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Ekonomist” jurnalına ünvanladığı məktub dərc edilib.
Azərbaycanın Britaniyadakı səfirliyindən BUTA.TV-a verilən məlumata görə, cavab məktubdunda qeyd olunur ki, əslində Laçın yolu ətrafında baş verən proseslər ermənilərin daxili siyasi qarşıdurmasının nəticəsidir. Radikal və separatçı ermənilər Azərbaycanın Qarabağ bölgəsində erməni əhalini girov tutaraq süni şəkildə yaratdıqları humanitar “fəlakətdən” istifadə etməklə və məsələni siyasiləşdirməklə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına mane olmağa çalışırlar. Separatçılar tərəfindən Ağdam yolunun bağlanması və Azərbaycanın göndərdiyi humanitar yardımdan imtina edilməsi buna əyani sübutdur.
Eyni zamanda bildirilir ki, separatçıların bu siyasi şousu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verir.
Həmçinin vurğulanır ki, çoxmillətli ölkə olaraq Azərbaycan digər vətəndaşları kimi yerli ermənilərə bərabər hüquqlu inteqrasiya təklif edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin regionda sabitliyin və rifahın yeganə çıxış yolu olduğu vurğulanır. Əks təqdirdə erməniləri yalnız qeyri-sabitlik və tənəzzül gözləyir.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq