Cəmiyyətdə belə bir fikir formalaşıb ki, üzərində pəhriz üçün yazılan çörəklər düzgün bişirilmir. Onların sadəcə adı pəhriz üçündür. Bu çörəklərdən istifadə artıq çəkiyə də səbəb olur.
BUTA.TV xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, pəhriz çörəyi adı altında çoxsaylı çörək növləri satılır:
“Bu çörəklərin baha olması onların tam pəhriz çörəyi olması demək deyil. Bəzən görürük ki, 72 saatdan artıq qalmış pəhriz çərəkləri xarab olmur. Bu o deməkdir ki, həmin çörəklərə kimyəvi maddələr qatılır”.
Diyetoloq Ləman Süleymanova isə qeyd edib ki, pəhriz çörəklərinə çay qalığı, rəngverici inqridentlər əlavə edilir. Bu da xərçəng xəstəliyinə səbəb ola bilər.
Daha ətraflı Baku TV-nin süjetində:
- Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı
- Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu
- Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı
- Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər saxlanıldı
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir