Qondarma rejim “rəhbər”inin “səlahiyyət”lərini icra edən Davit İşxanyan işgüzar görüş keçirib. Məlumata görə, gündəlikdə dayanan əsas məsələ Qarabağın dağlıq hissəsindəki vəziyyət olub.
BUTA.TV “Hraparak”a istinadla xəbər verir ki, tədbirdə hazırda separatçı xuntanın müvəqqəti “dövlət naziri”, “prezidentliyə” namizəd Samvel Şahramanyan güc strukturlarının rəhbərləri, o cümlədən “parlament”in bütün “fraksiyalar”ı iştirak ediblər. Qəzet yazıb ki, görüşdən sonra yayılan rəsmi mesajda təmas xəttindəki vəziyyət ilə bağlı cəmi 1 sətir var:
“Müdafiə naziri”, “müdafiə qüvvələri”nin “komandan”ı Kamo Vardanyan Azərbaycanla təmas xəttindəki vəziyyət və “Artsax”ın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi üçün atılan addımlar haqqında məlumat verib.
K.Vardanyanın sözlərinə görə, yaxın günlərdə təmas xəttində 44 günlük müharibədən sonra ən böyük qoşun hərəkəti qeydə alınıb”.
Erməni nəşri diqqəti, həmçinin, separatçılar arasında hökm sürən mənəvi-psixoloji duruma yönəldib. Qəzet iddia edib ki, əvvəlki dövrdən fərqli olaraq, hazırda xunta rejiminin dəstəkçiləri arasında mənəvi böhran və ağlasığmaz məyusluq hökm sürür. Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən alovlanacağı təqdirdə separatçı rejimin mövcudluğunu hansı şərtlər daxilində qoruyacağı sual altındadır.
- MN həftəlik icmalını təqdim etdi - Video
- Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video