Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqlar aparmaq təklifi almayıb.
BUTA.TV xəbər verir ki bunu "Röyters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin bir qədər əvvəl dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıqla bağlı planlı təlimlər keçirir və bu, müntəzəm planlaşdırma prosesinin tərkib hissəsidir. Ermənistan isə sərhəddə qoşun cəmləşdirir və yeni silah sistemləri alır.
“Bizim strategiyamız Azərbaycana qarşı istənilən silahlı hücumu və ya təxribatları dayandırmaqdır", - deyə H.Hacıyev bildirib.
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar