İtaliya Hindistan, Yaxın Şərq və Avropanı birləşdirəcək yeni iqtisadi və infrastruktur dəhlizi layihəsində aparıcı rol oynamaq niyyətindədir.
BUTA.TV xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Hindistanda keçirilən G20 ölkələrinin liderlərinin Zirvə toplantısının xüsusi sessiyasındakı çıxışı zamanı deyib.
C.Meloni yeni imkanlar və rifah yaratmaq yanaşması ilə reallaşdırılması nəzərdə tutulan yeni iqtisadi dəhlizin qlobal əlaqələri gücləndirəcəyini, İtaliya iqtisadiyyatının inkişafına səbəb olacağını və ölkəsinin bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Baş nazir İtaliyanın aşağı və orta gəlirli ölkələrdə daha yaxşı gələcək və infrastruktur qurmaq istədiyini, İtaliya şirkətlərinin dənizçilik və dəmir yolu sektorlarında böyük təcrübəsi olduğunu, iqtisadi dəhlizin biznes sektorunda qarşılıqlı fayda üçün böyük potensial yaradacağını vurğulayıb.
Qeyd edək ki, ABŞ, Hindistan, AB və Səudiyyə Ərəbistanı yeni Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (İMEC) yaradılması barədə razılığa gəliblər.
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar