Dünən Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.
“BUTA TV” xəbər verir ki, Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub. Hadisənin videosundan görünür ki, DYP maşınının arxasında dayanmış polis əməkdaşı özünü zərbədən son anda qaçıra bilir.
Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinə (DYP) baş instpektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
- Bakıda sürücü avtomobili yolun ortasında saxladı - Video
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video