İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
BUTA.TV Fars News-a istinadla xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan Respublikası sərhədlərinə müşahidəçilər (monitorinq qrupu) göndərilməsi məsələsi müzakirə olunub. General Baqiri bildirib: "Heç bir ölkənin müdafiə və hərbi imkanlarının təkmilləşdirilməsi təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır".
General-mayor Məhəmməd Baqiri Cənubi Qafqazda baş verən proseslərin regionun təhlükəsizliyinə təsir etdiyini vurğulayıb. O, gərginliyin davam etməsinin Ermənistan və Azərbaycanın, habelə digər həmsərhəd ölkələrin marağına uyğun olmadığını bəyan edib və müşahidəçi qrupu göndərməyə hazır olduğunu bildirib.
Baş Qərargah rəisi vurğulayıb ki, fikir ayrılıqlarının və gərginliyin aradan qaldırılması üçün səylər mərkəzləşdirilməlidir və İslam Respublikası bu gərginliyin həllinə kömək etməyə hazırdır.
- Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı
- İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...
- Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
- Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
- Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı
- Rusiyadan imtina edib Azərbaycandan alacağıq - Matevosyan
- Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video
- Putin İradə Zeynalovaya rütbə verdi