“Qarabağda cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün azad hüquqi prosedurlardan istifadə etməlidir. Lakin digər ölkənin ərazisində hansısa xüsusi əməliyyatın keçirilməsi qəbuledilməzdir. Hətta ölkə qanunvericiliyi də buna imkan vermir, habelə beynəlxalq konvensiyalar buna izn vermir”.
Bu sözləri açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib. O, separatçı rəhbərlərin tutulması əsnasında Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı qətliamlarda iştirak edən Ermənistanın sabiq prezidentləri – Robert Koçaryan və Serj Sarksiyanın da Azərbaycanda məsuliyyətə cəlb olunma ehtimallarından və bunun hüquqi müstəvidə necə həyata keçirilməsindən söz açıb.
Ə. Mustafayevin fikrincə, belə bir əməliyyat uğurlu olsa belə, Azərbaycanı dövlət olaraq çox ciddi beynəlxalq qınaqla üz-üzə qoya bilər:
“İcrasına başlanılmış cinayət işi çərçivəsində, qiyabi də olsa, ittiham elan olunmalıdır. Eləcə də cinayətkarların təhvil verilməsi istiqamətində, ilk növbədə, Ermənistana, paralel olaraq da “Interpol”a müraciət edilməlidir. Ola bilsin ki, sadaladığım hüquqi addımlar nəticə verməsin, yəni heç kim Serj Sarkisyanla Robert Koçaryanı tutmasın, ancaq hüquqi şəkildə müvafiq addımlar atılmalıdır. Çünki gələcəkdə nə olacağını heç kim bilmir. Ona görə də əlimizdə indidən hüquqi əsaslar olmalıdır”.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Vəkil xatırladıb ki, hazırda siyasi şərait dəyişib:
“Bəlkə də gün gələcək, Ermənistanın siyasi rəhbərliyi həmin adamları cani kimi tanıyacaq və şərait yaradılacaq ki, onları rəsmi İrəvandan tələb edə bilək. Həmin şəxslərin “Interpol”la axtarışa verilməsi vacibdir, Harayasa getmək istəyəndə sərhəddə saxlanılacaqlar və s.
İstənilən halda bu, Sarkisyan və Koçaryanda narahatlıq yaradacaq, onlar təşviş keçirəcəklər. Ömürlərinin sonuna qədər vəsvəsə içində yaşayıb Ermənistandan çıxmağa qorxacaqlar. Elə bunun özü də bir nəticədir”.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək