Almaniya kansleri Olaf Şolts oktyabrın 4-də Prezident İlham Əliyevə zəng etməklə sanki demək istəyib ki, mən Fransa Prezidenti Emmanuel Makron kimi ermənipərəst deyiləm. Onun zəngi Azərbaycan dövlət başçısının İspaniyada Almaniya kansleri və Makronun iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməməsi qərarını verdikdən bir neçə saat sonraya təsadüf edib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, Şolts İlham Əliyevlə telefon söhbətində region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib:
“Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib. Buna baxmayaraq, İlham Əliyevin İspaniyaya getməməsi qərarı qəti idi. Görünür, Şolts anlayıb ki, Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır, əks halda Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq”.
- İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
- MN həftəlik icmalını təqdim etdi - Video
- Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi