Fövqələdə Hallar Nazirliyi (FHN) Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi, polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bu ilin avqust ayında sözügedən vəzifəyə təyin edilən polkovnik Sahib Rzayev başqa dövlət qurumunda yeni vəzifəyə keçməsi ilə əlaqədar nazir, general-polkovnik Kəmaləddin Heydərova işdən çıxması ilə bağlı müraciət edib.
Nazirin müvafiq əmri ilə polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub. Kəmaləddin Heydərovun digər əmri ilə qurumun Məxfi İdarəsinin əməkdaşı Vüsalə Ömərli Fövqəladə halların xəbərdar edilməsi idarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, polkovnik Sahib Rzayev Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi sabiq rəisi olub. Onun rəhbərlik etdiyi qurum bu ilin iyun ayında iki yerə bölünüb. Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib. Sahib Rzayev isə avqust ayında Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.
- Bu xəbərlərə də göz at
- HƏMAS daha 12 girovu azad etdi
- Əmanətlər azalmaqda davam edir: daha 141 milyon…
- Xankəndi 300 minlik şəhərə çevrilir
- Qəzzada ölənlərin sayı 15 mini ötdü
- Bakıda avtobusların bu yolla hərəkətinə icazə verildi
- Blinken Əliyevə buna görə zəng etdi - Obrayenin səhvi…