Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xəzər dənizində 5.6 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu, il ərzində Azərbaycanda baş verən 3-cü güclü zəlzələdir. 2023-cü ilin iyulunda Bakıda və Abşeron yarımadasında 5.7 bal gücündə zəlzələ baş vermişdi. Cəmi iki ay sonra – 3 sentyabrda Kürdəmir rayonunda 5,2 maqnitudalı güclü zəlzələ oldu. Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunmuşdu.
Qeyd edək ki, may ayında Bakıda səfərdə olan türkiyəli alim, geoloq Cəlal Şəngör Azərbaycanda hər az güclü zəlzələnin ola bilmə ehtimalından danışmışdı. Şəngör bildirmişdi ki, hətta yeraltı təkanların gücünün 7.5 bala qədər olmaq ehtimalı var. AMEA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli onun bu açıqlamasını absurd adlandırmışdı.
- "Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırdı
- Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü - Foto
- Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcək
- Qızını boğan ata həbsdə öldü
- Baş nazirdən daha bir qərar
- Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
- Dənizdə batan digər qardaşın da meyiti tapıldı
- Təmərküzləşmə ilə bağlı qaydalar təsdiqləndi