Səmada iki günəş göründü - Foto

23:00 - 2 Avqust 2026 - GÜNDƏM

 Səmada iki günəş göründü - Foto

Finlandiyanın bir neçə bölgəsinin sakinləri qeyri-adi atmosfer hadisəsinin şahidi olublar. Səmada günəşdən əlavə parlaq bir işıq peyda olub. Yerli medianın məlumatına görə, hadisə avqustun 1-də müşahidə edilib.

BUTA.TV xəbər verir ki, mütəxəssislər bunu günəş işığının yuxarı atmosferdəki buz kristallarından keçərkən sınması ilə izah edirlər. Bu, halo effektidir və Pargeliy (göydə əsl günəşin yanındakı parlaq işıq ləkələri kimi görünən, "saxta günəş" və ya "yalancı günəş" adlanan təbii optik hadisə) adlanır.

Qeyd edək ki, 2021-ci ildə Finlandiyada səmada “3 günəş” müşahidə edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol