Rusiya Prezidenti Vladimir Putin görüşlərdən birində bir müddət əvvəl ölkədə təşkil edilən qalmaqallı “Çılpaq gecə” məsələsinə toxunub.
BUTA.TV xəbər verir ki, Kreml rəhbəri Ukraynada müharibədən qayıdanların prioritetlərinin dəyişdirilməsindən danışarkən bu mövzuya işarə edib.
“İnsanlar bu sınaqdan (Ukraynada müharibə - red.) keçəndə prioritetlər fərqli şəkildə sıralanır. Burada artıq bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan”, - deyə Putin bildirib.
Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə “Çılpaq gecə” mərasimini təşkil etməsi böyük səs-küyə səbəb olmuşdu.
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü