Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü

13:09 - 31 İyul 2026 - GÜNDƏM

 Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü

İranın Mazandaran vilayətinin Ramsər şəhərində Xəzər dənizində 5 nəfər boğularaq ölüb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, ötən gün üzgüçülüyün qadağan olunması ilə bağlı xəbərdarlığa baxmayaraq, 7 turist Ramsərin Toskə sahilində təhlükəli və üzgüçülük üçün qadağan olunmuş ərazidə dənizdəki güclü axına düşüb.

Nəticədə 5 nəfər isə boğularaq ölüb, iki nəfər isə xilas edilib.

Boğulanlardan birinin itkin düşməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Prezident həmkarları ilə qolf oynadı - Fotolar

Qeyd edək ki, ötən gün hava şəraiti və dənizdə dalğaların hündürlüyü ilə əlaqədar Xəzər dənizinin bütün sahilboyu ərazilərində, o cümlədən sözügedən çimərlikdə üzgüçülüyə qadağa qoyulmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol