Türkiyə ordusu İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlar nəticəsində son 5 gündə PKK terror təşkilatının 114 hədəfini məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib.
“Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə İraqın şimalında və Suriyada həyata keçirilən aviaəməliyyatlar nəticəsində son 5 gündə terror təşkilatının 114 hədəfi, o cümlədən 78 terrorçu məhv edilib”, - nazir deyib.
O, PKK-ya qarşı mübarizənin son terrorçu məhv edilənə qədər davam edəcəyini vurğulayıb.
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü