Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bugünədək 339 nəfər qızılca virusuna yoluxub.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, onlardan 236 nəfəri 18 yaşdan kiçiklər və 103 nəfəri 18 yaşdan böyüklərdir.
Hazırda aktiv xəstə sayı 73 nəfərdir. Onlardan 69 nəfəri ambulator, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.
Ötən ilin dekabrın 1-dən peyvənd vurulan uşaqların sayı 2 104 nəfərdir.
Ötən gün 17 nəfər bu virusa yoluxub. Hələlik bu rəqəm rayon ərazisində gündəlik yoluxma ilə bağlı qeydə alınmış ən yüksək say hesab olunur. Yoluxma sayının artımı havaların kəskin soyuması ilə əlaqədar olması bildirilir.
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü