İranın Ərbilə zərbəsi İraqa yönəlik yaşayış sahəsini hədəf alan açıq və düşmən niyyətli hücumdur.
BUTA.TV xəbər verir ki, bu barədə İraq Baş naziri Məhəmməd Sudani Davos forumunda çıxışında deyib.
“Bu hücum İraq və İran arasında güclü əlaqəni baltalayan təhlükəli prosesdir. Bunun qurbanları uşaqlar da daxil olmaqla, iraqlı kürd ailə idi”, - deyə Sudani bildirib.
Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü