“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Klubdan BUTA.TV-a verilən məlumata görə, Syerra-Leone milli komandasının futbolçusu Alfa Konte ilə 2,5 + 1 illik müqavilə bağlanıb.
23 yaşlı vinger komandanın heyətində 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Alfa Konte Syerra-Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra-Leone milli komandasının heyətində 2 oyun keçirib.
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü