Rusiyasız Ukraynada dayanıqlı nizamlanmaya nail olmaq mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova Davosda və "Kophenagen formatı"nda Ukrayna ilə bağlı keçirilən görüşləri şərh edərkən deyib.
“Bu gün Qlobal Cənub və Şərqin getdikcə daha çox ölkəsi, o cümlədən Kopenhagen formatında keçirilən görüşlərdə iştirak edənlər açıq şəkildə deyirlər ki, Rusiyasız Ukrayna böhranının həllinin mümkün konturlarının müzakirəsi mənasızdır.
Kopenhagen formatında bütün görüşlər, o cümlədən Davos görüşü və ondan sonrakı raundlar mənasızdır və Ukrayna böhranının həlli üçün zərərlidir. Onların təşkilatçılarının inkişaf etdirməyə çalışdıqları "Ukrayna üçün sülh prinsipləri" reallaşdırıla bilməz, çünki onlar absurd və qəbuledilməzdir”, - Zaxarova bildirib.
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü