Ukrayna müdafiə naziri Rüstəm Umerov və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tərəflər Ukraynada döyüş meydanında gedişatı və Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun yanvarın 23-də keçiriləcək virtual görüşünü müzakirə ediblər.
“Nazir Ostin bir daha təkrar etdi ki, ABŞ və alyansın 50-yə yaxın üzvü və tərəfdaşından ibarət koalisiyamız Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə sadiqdirlər”, - o əlavə edib.
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü