Bakıda qadını ov tüfəngindən öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.
İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır
- Estetik cərrah və anestezioloqa hökm oxundu
- Meşəyə insan gəlib... - Video
- Yük maşını avtomobilə çırpıldı: 2 ölü, 3 yaralı
- Şamaxıda oğul atasını bıçaqladı