Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Bakıda mebel sexində baş vermiş partlayış zamanı həlak olmuş Gürcüstan vətəndaşı, Bolnisi rayonunun Arıxlı kəndindən olan Sərrac Yusubovun ailə üzvləri ilə görüşüblər.
BUTA.TV xəbər verir ki, səfirliyin məsul əməkdaşları Eldar Bayramov, Ramel Lətifov və Elyar Məmmədzadə ailə üzvlərinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin Sərrac Yusubovun ailəsinə, həmçinin övladlarının təhsilinə lazımi dəstək göstərməyə hazır olduğu ailə üzvlərinin diqqətinə çatdırılıb.
Sərrac Yusubovun atası Oruc Yusubov göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
- 4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı
- Qarabağ Universitetinə qəbul balları açıqlandı
- Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
- Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı
- Səba Mağazalarından alış-veriş indi daha sərfəli!
- Bakı metrosunda yeni təyinatlar - Foto
- Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
- Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu