Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.
"Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur", - qurumdan qeyd olunub.
Naxçıvan DİN qanunsuz saxlanılan odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyyə edir.
- 4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı
- Qarabağ Universitetinə qəbul balları açıqlandı
- Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
- Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı
- Səba Mağazalarından alış-veriş indi daha sərfəli!
- Bakı metrosunda yeni təyinatlar - Foto
- Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
- Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu