AB-dən Yaxın Şərqlə bağlı 10 bəndlik plan...

17:44 - 20 Yanvar 2024 - GÜNDƏM

 AB-dən Yaxın Şərqlə bağlı 10 bəndlik plan...

Avropa Birliyi (AB) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu, təşkilatın Xarici Siyasət Xidmətinin hazırladığı sənəd layihəsində əksini tapıb.

“Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib.

10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.

Qeyd edək ki, AB ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas mövzulardan biri olacağı gözlənilir. Bu görüş zamanı AB-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol