Azərbaycanda “Toyota Prius” markalı avtomobillərin qiyməti artıb.
BUTA.TV xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev deyib.
“Alverçilər bilirlər ki, artıq bazara 10 ildən artıq yaşı olan avtomobil daxil olmur. Ona görə də əllərində olan həmin avtomobillərin qiymətini süni şəkildə artırırlar. Məsələn, əvvəlki dövrlə müqayisədə hazırda “Prius” markalı avtomobillərin qiymətində 2000-2500 manat civarında fərq var. Eyni zamanda buraxılış ili 10 ildən yuxarı olan digər avtomobillərin qiymətində də artım müşahidə olunur. Alverçilər yaranan qıtlıqdan istifadə edirlər”, – ekspert əlavə edib.
Qeyd edək ki, ötən gün paytaxtın maşın bazarında satışa çıxarılan avtomobillərin sayında kəskin artım müşahidə olunub.
- Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar