Həmədanda sosial media fəalları həbs edildi

14:44 - 23 Yanvar 2024 - GÜNDƏM

 Həmədanda sosial media fəalları həbs edildi

Yanvarın 3-də Kirman şəhərində baş verən partlayışlarla əlaqədar paylaşım edən 10 nəfər həmədanlı sosial media fəalı həbs edilib.

BUTA.TV xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinə yaxın media qurumları məlumat yayıb.

Sosial media fəallarının yanvarın 3-də Kirmanda baş verən partlayışlarla bağlı təhqiramiz ifadələr işlətdiklərinə görə saxlanıldığı bildirilib.

Kimliyi açıqlanmayan fəalların barələrində cinayət işinin açıldığı və məhkəmə orqanlarına təhvil verildiyi qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol