Vikipediyanın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-dən 43-ə yüksəlib.
Bunu BUTA.TV-a açıqlamasında Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
“Bir zamanlar göstərici çox aşağı idi. Şübhəsiz ki, bu uğurlu göstəricinin arxasında Azərbaycan “Vikipediya” icmasının birgə zəhməti və fədakarlığı dayanır. Hər bir könüllü, idarəçi zəngin platformada öz töhfəsini verməyə çalışır.
Bu gün Vikipediyanın Azərbaycan dili bölməsində keyfiyyətli, məzmunlu, istinadlarla zəngin məqalələr yaradılır və zənginləşdirilir. Hazırda Vikipediyanın Azərbaycan dili bölməsində inkişafı müşahidə edirik. Bu inkişaf isə doğma dilimizdə məlumat bazasının artmasına və zənginləşməsinə xidmət edir. Vikipediya ciddi platformadır. Orada fəal olmağımız milli maraqlar nöqteyi-nəzərində də vacibdir”, - Eltürk bildirib.
Onun sözlərinə görə, ötən ilin sadəcə dekabr ayı ərzində Vikipediyanın Azərbaycan dilində olan səhifələri 37 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar