İrəvan dəhlizin bir hissəsi ilə bağlı nə 9/10 noyabr sənədində, nə də digərlərində öhdəlik götürüb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib.
O bildirib ki, İrəvan regionda təkcə Naxçıvan-Azərbaycan marşrutu üzrə deyil, Ermənistanın istifadə etmək niyyətində olduğu bütün marşrutlar üzrə kommunikasiyaların açılmasına hazırdır və maraqlıdır.
Erməni nazir kommunikasiyaların açılmasına dair bərabərlik və suverenlik prinsiplərinə əsaslanan sazişin mövcud olduğunu vurğulayıb:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
“Əliyevin sözlərindən görünür ki, Azərbaycanda bu prinsiplərə qarşı deyillər, amma Naxçıvandan gələn marşrut məsələsində yox. Əliyevin səsləndirdiyi hər üç tələb Ermənistanın suverenliyinin “pozulmasıdır”. Daha asan idarəetmə üçün həll yolu tapmaq lazımdır, lakin gömrüksüz keçid ideyasının özü qəbuledilməzdir, həm vətəndaşlar, həm də yüklər üçün”.
Mirzoyan xatırladıb ki, 9/10 noyabr sənədində üçüncü dövlətlərin iştirakı nəzərdə tutulmayıb, əksinə, marşrutda təhlükəsizliyin Ermənistan tərəfindən təmin edildiyi birbaşa qeyd olunub:
“Ermənistanın lideri malların və vətəndaşların təhlükəsizliyini təmin etməyə hazır və qadirdir”.
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf
- Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov
- Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?
- Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?
- Arakçı Şəhidlər xiyabanını ziyarət etdi
- Pezeşkian seçildikdən sonra Azərbaycanla bağlı tapşırıq verdi
- İlham Əliyev İranın xarici işlər naziri qəbul etdi
- Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...