Azad edilmiş ərazilərin dirçəlişinə dəstək verməyə davam edən "Bakcell" Xankəndi şəhərində rəsmi diler mağazasını təqdim edən ilk mobil operator oldu. 24 yanvar tarixindən etibarən, Qarabağ universiteti ilə üzbəüz ünvanda yerləşən Bakcell mağazası müştərilərə yüksək sürətli və innovativ rabitə xidmətlərini təqdim edir.
Xankəndi şəhərində yeni mağazanın fəaliyyətə başlamasının şirkət üçün çox önəmli nailiyyət olduğunu vurğulayan "Bakcell" şirkətinin Baş icraçı direktoru Klaus Müller bildirib:
“Əsas məqsədimiz Qarabağ və Şərqi Zəngəzur bölgələrini qısa müddət ərzində ölkənin ən sürətli şəbəkəsinə qoşmaqla Bakcell şirkətinin innovativ məhsullarını bütün abunəçilərə təqdim etməkdir".
Qeyd edək ki, Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə Bakcell şəbəkəsi abunəçilərə təqdim edilib.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
- Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?
- Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?
- Arakçı Şəhidlər xiyabanını ziyarət etdi
- Pezeşkian seçildikdən sonra Azərbaycanla bağlı tapşırıq verdi
- İlham Əliyev İranın xarici işlər naziri qəbul etdi
- Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
- Dünya niyə Əli Kərimlini müdafiə etmir?
- Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video