Bakıda 1930-cu ilə aid olan yerli əhəmiyyətli memarlıq abidəsində razılaşdırılmamış yenidənqurma işləri dayandırılıb.
Bu barədə BUTA.TV-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
"Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 93 ünvanında 1930-cu ilə aid olan yerli əhəmiyyətli memarlıq abidəsində (Şamama Ələsgərova adına 5 saylı kliniki doğum evinin binası) şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.
Bir müddət öncə qeyd etdiyimiz kimi binada qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılışdırılmamış əsaslı təmir və yenidənqurma işlərinin aparılması faktı aşkarlanmış və işlər dayandırılıb. Lakin həmin ünvanda bu gün yenidən özbaşına tikinti işlərinin aparılması faktı ilə bağlı müraciət daxil olmuş və həmin işlər Baş İdarə tərəfindən müvafiq xəbərdarlıq edilərək yanvarın 24-də yenidən dayandırılıb. Fakt üzrə eyni zamanda aidiyyəti dövlət orqanlarına, həmçinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə qanunverilik tələblərinə riayət edilməsi və lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün bir daha məktublar ünvanlanaraq müvafiq məlumatlar verilib", - məlumatda qeyd edilib.
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar