Əgər İran regionda gərginliyi azaltmaq istəyirsə, öz proksi qruplarına dəstəyi dayandırmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İranın xarici işlər nazirinin bəyanatlarına cavab olaraq bildirib.
“Əgər İran hökuməti gərginliyin artmasından narahatdırsa, onların edə biləcəyi ən yaxşı şey HƏMAS və Hizbullaha, o cümlədən İraq və Suriyada dəstəklədikləri milis qruplarına dəstək verməməkdir. Biz daha geniş müharibə görmək istəmirik. Heç kimlə müharibə və ya münaqişə axtarmırıq”, - o vurğulayıb.
Qeyd edək ki, ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “ABC Nyus” telekanalına müsahibəsində bölgədəki müharibənin genişlənmə riskinin kəskin artdığını bildirib.
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar