Boban UEFA-dan getdi

14:48 - 25 Yanvar 2024 - GÜNDƏM

 Boban UEFA-dan getdi

Xorvatiya millisinin və İtaliyanın “Milan” klubunun sabiq yarımmüdafiəçisi Zvonimir Boban UEFA-nın Futbol Departamentinin rəhbəri postundan gedib.

BUTA.TV UEFA-ya istinadən xəbər verir ki, 56 yaşlı funksionerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, sabiq yarımmüdafiəçinin Aleksander Çeferinin 2031-ci ilə qədər UEFA prezidenti vəzifəsində qalacağı ilə bağlı qərarın qəbul edilməsinə görə istefa verdiyi iddia olunur.

Xatırladaq ki, Z. Boban təşkilata 2021-ci ildə qoşulub. O, UEFA Futbol Şurasının və Gənclər Futbol Forumunun yaradılması kimi mühüm layihələrin təşəbbüskarı olub.

Bu xəbər hal-hazırda çox oxunur
Dünya niyə Əli Kərimlini müdafiə etmir?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol