Bu liman “Sülh qovşağı”na daxil edilir - Kerobyan

18:06 - 25 Yanvar 2024 - GÜNDƏM

 Bu liman “Sülh qovşağı”na daxil edilir - Kerobyan

Ötən həftə Dövlət İnvestisiya Komitəsinin iclasında “quru liman”ın dərin iqtisadi və texniki təhlili təsdiq edilib və Baş nazir yol xəritəsinin formalaşdırılması və icrasına başlanılması barədə göstəriş verib.

BUTA.TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

“Həmçinin müzakirə edilib və razılaşdırılıb ki, şimal-qərb qovşağı ilə üst-üstə düşən “quru liman” ümumi “Sülh qovşağı” proqramına daxil edilsin və onun tərkib hissələrindən biri kimi təqdim edilsin”, - o bildirib.

Bu il bu istiqamətdə addımların atılıb-atılmayacağı ilə bağlı suala nazir müsbət cavab verib:

Bu xəbər hal-hazırda çox oxunur
Dünya niyə Əli Kərimlini müdafiə etmir?

“Texniki-iqtisadi əsaslandırmanın bir hissəsi olan yol xəritəsini dövriyyəyə buraxırıq. Eyni zamanda, müxtəlif işlər görürük: əməliyyata konsaltinq şirkəti cəlb edirik, tender paketi tərtib edirik və artıq investisiya şirkətlərinin cəlb edilməsi üzərində işləyirik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol