Özbəkistan elektromobillərin istehsalına başladı

20:24 - 25 Yanvar 2024 - GÜNDƏM

 Özbəkistan elektromobillərin istehsalına başladı

Özbəkistan Prezidenti Şövkat Mirziyayev və Çinin BYD şirkətinin rəhbəri Van Çuanfu hibrid və elektromobillərin yığılması layihəsinə start veriblər.

BUTA.TV Report-a istinadən xəbər verir ki, mərasim Ş.Mirziyayevin Çinə səfəri çərçivəsində BYD-nin Şençjendəki baş qərargahında baş tutub.

Qeyd edilib ki, illik 50 min ədəd istehsal gücünə malik müəssisə Özbəkistanın Cizak regionunda fəaliyyət göstərəcək.

Ş.Mirziyayev yaxın gələcəkdə model çeşidinin genişləndirilməsi və istehsal gücünün artırılmasının vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Çinin BYD şirkəti arasında elektrik və hibrid avtomobillərin və onların komponentlərinin istehsalının təşkili üçün investisiya sazişi imzalanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol