ABŞ-nin Azərbaycanı İran, Pakistan və Səudiyyə Ərəbistanı kimi dövlətlərlə yanaşı, dini etiqad azadlığına nəzarət siyahısına daxil etməsi əsassız və qərəzli qərardır.
BUTA.TV xəbər verir ki, bunu “International Policy Digest”ə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
“Biz heç bir siyasi konyukturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi, xristian, hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir”, - E.Əmirbəyov bildirib.
Xüsusi tapşırıqlar üzrə nümayəndə vurğulayıb ki, qərbdən olan müşahidəçilər, o cümlədən "L’Institut Prospective et Sécurité en Europe"dan Emmanuel Dupuy illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mədəniyyət abidələrinin təhqir edilməsini və dağıdılmasını görüb və pisləyiblər. Onilliklər ərzində Qarabağdakı Azərbaycan mədəniyyət nümunələri sistemli şəkildə vandallığa məruz qalıb, mənimsənilib və məhv edilib.
E.Əmirbəyov ABŞ-nin tərtib etdiyi bu siyahıda Ermənistanın olmamasını ədalətsizlik adlandırıb və bunun ikili standartlar siyasətinin nəticəsi olduğunu vurğulayıb.
O, Azərbaycanın ərazilərini azad etdikdən sonra bütün mədəni və dini obyektləri qorumaq üçün üzərinə düşənləri etdiyi halda belə şəkildə qınanmasının yolverilməz olduğunu əlavə edib.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir