Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tibb müəssisəsində rentgen-müayinə fəaliyyətini dayandırıb.
Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Sanator-Kurort Reabilitasiya Mərkəzində keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Növbəti maarifləndirmə tədbirləri Xankəndidə keçirildi
- Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
- Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al
- Bakıda küləyin sürəti... – Faktiki hava
- 67 yaşlı qadın alverçisi Kurt həbs edildi
- ABB İslam bankçılığı üzrə ilk anlaşmanı imzaladı
- 59 yaşlı kişi evində faciəvi şəkildə öldü
- Vüsal Nəsirli direktoru işdən çıxardı – Yeni təyinat