Ermənistanda bütün xaçkarlar sökülür – Səbəb

15:12 - 30 Yanvar 2024 - GÜNDƏM

 Ermənistanda bütün xaçkarlar sökülür – Səbəb

Son günlər məlumat yayılıb ki, hakimiyyət yerli icra başçılarına bütün dövlətlərarası və ictimai yollarda quraşdırılmış xaçları, xaçkarları, abidələri sökmək barədə göstəriş verib.

BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Ötən ilin mayında yazmışdıq ki, hökumət bələdiyyələrə, xüsusən də Zəngəzura (Sünik) məktub göndərərək, Ermənistan Respublikasının dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında könüllü şəkildə qoyulmuş xatirə daşlarının, xaçların və xaçkarların sökülməsi üçün regional müfəttişlik bölmələri ilə əməkdaşlıq etmələrini xahiş etmişdi.

Göründüyü kimi, hazırda milli və dövlətlərarası yolların xristian simvollarından təmizlənməsi ilə bağlı qərar yekunlaşmaq üzrədir. Bununla onlar bir tərəfdən sərhədi açır, digər tərəfdən də türklərlə və azərbaycanlılarla barışıq yolunda daha bir addım atmış olurlar ki, sərhədi keçən düşmən erməni-xristian simvolları ilə qarşılaşmasın”, - nəşr bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol