Ermənistanın dövlət borcu 9,5% artıb.
BUTA.TV xəbər verir ki, bu, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələr arasında ən böyük borc artımıdır.
Belə ki, Aİİ-də xarici borc 2023-cü il oktyabrın 1-nə 119,7 milyard dollar və ya 18% azalıb. Avrasiya İqtisadi Komissiyasının (AİK) məlumatına görə, 2022-ci ilin eyni tarixi ilə müqayisədə ümumi xarici borc Belarusda 11,7%, Rusiyada isə 26,8% azalıb.
Ermənistandan sonra Aİİ ölkələri içərisində ən çox borc artımı Qırğızıstanda (8,2%) olub. Qazaxıstanın isə xarici borcu cəmi 0,8% artıb.
Qeyd edək ki, 2023-cü ilin iyulunda açıqlanan məlumata görə, Ermənistanın xarici borcu 11 milyard 352 milyon idi.
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video
- Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır