İllərdir həllini tapmayan sənədsiz evlər məsələsi yenidən gündəmdədir.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bu barədə açıqlama verib.
O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir.
Dövlət Xidmətinin rəisi Mətin Eynullayev həmçinin fevral ayı ərzində Xankəndidə 40-a yaxın ictimai obyektin açılacağını bildirdi.
Qeyd edək ki, Qarabağda ümumilikdə torpaq sahəsinin ayrılması ilə bağlı 11 min hektar yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib.
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video
- Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır