Berlin aeroportundan 1 fevral tarixinə olan bütün uçuşlar təhlükəsizlik xidmətinin işçilərinin tətili səbəbindən ləğv edilib.
BUTA.TV xəbər verir ki, tətil Almaniyanın ikinci ən böyük həmkarlar ittifaqı təşkilatı olan “Ver.di”nin çağırışı ilə keçiriləcək.
Belə ki, təşkilat bütün ölkə üzrə aeroportların təhlükəsizlik xidmətinin əməkdaşlarını tətilə çağırıb. Əmək haqlarının artırılması və iş şəratinin yaxşılaşdırılması tələb olunur.
Bildirilib ki, 1 fevral tarixində Berlin-Bradenburq aeroportundan 170 reyslə təxminən 50 min sərnişin daşınmalı idi.
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video
- Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır