BMT-nin İl-76-nın "Patriot"la vurulmasına reaksiyası

01:04 - 1 Fevral 2024 - GÜNDƏM

 BMT-nin İl-76-nın

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiyanın İl-76 təyyarəsinin "Patriot" raketi ilə vurulması ilə bağlı beynəlxalq araşdırma çağırışını şərh etməyib.

BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Düjarrik ona ünvanlanan sualı belə cavablandırıb:

"Bu, çox ümumi sualdır. Gəlin görək, bizə sorğu gəlib-gəlmədiyinə və bunun nə ilə nəticələndiyinə baxaq, sonra məsələ ilə bağlı şərh verə bilərik".

Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.

Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin açıqlamasında təyyarənin "Patriot" zenit raket kompleksi ilə vurulduğunu bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol