Qarabağda aşkarlanan minaların sayı açıqlandı

18:30 - 5 Fevral 2024 - GÜNDƏM

 Qarabağda aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan BUTA.TV-a bildiriblər ki, yanvarın 29-dan fevralın 4-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 78, tank əleyhinə 16 mina və 150 partlamamış hərbi sursat aşkarlanıb.

Qeyd olunub ki, 336,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol