Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanası olduqca bərbad vəziyyətdədir.
BUTA.TV xəbər verir ki, uzun illər məcburi köçkünlərin yaşadığı yataqxana hazırda baxımsız vəziyyətdə qalıb.
Tibb Universitetinin Həmkarlar Komitəsinin sədri Cahangir Qasımov saytımıza açıqlamasında sözügedən yataqxananın iki ilə yaxındır təmirsiz vəziyyətdə olduğunu etiraf edib:
“Tibb Universitetinin altı yataqxanası var. Hazırda iki yataqxanada qızlar, bir yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələr, digərində isə əcnəbi tələbələr yaşayır. Yerdə qalan 4 saylı və 3 saylı yataqxanalar isə təmir olunacaq. 4 saylı yataqxanada uzun illər Zəngilan rayonundan olan məcburi köçkünlər yaşayıb. Hazırda onlar Abşeron rayonunun Qobu qəsəbəsinə köçürülüb. Həmin yataqxana ya söküləcək, ya da əsaslı təmir olunacaq. Bu haqda heç bir məlumatımız yoxdur. Bizim maliyyə vəsaitimiz o qədər çox deyil ki, həm 3 saylı yataqxananı təmir edək, həm də 4 saylı yataqxananı söküb, yerinə yenisini inşa edək. 3 saylı yataqxananın təmir-bərpa işləri bitəndən sonra universitetin rəhbərliyi 4 saylı yataqxana haqqında qərar qəbul edəcək”.
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi
- Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ekstradisiya edildi