Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.
Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı Fuad Elçin oğlu Xəlilov tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə 2 nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300 manat pul almasına əsaslı şübhələr müəyyən edilib.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir