Bu gün tanınmış şair Əlisəmid Kürün 70 yaşı tamam olur.
Bu münasibətlə şairin Kult.az-a “qaçaraq” müsahibəsini təqdim edirik:
- Əlisəmid müəllim, 70 yaşda özünüzü necə hiss edirsiniz? Heç düşünürdünüz ki, bu yaşa gəlib çatacaqsınız?
- Deyəsən, bir az çox yaşadım (gülür). Amma yaxşıyam, özümü hələ bu qədər xoşbəxt hiss etməmişəm. Çox böyük fəxrlə deyirəm ki, mən xoşbəxt bir şairəm!
Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin
- Nədir bu qədər xoşbəxtliyin səbəbi?
- Səbəblər çoxdur. Məsələn, artıq suverənliyi bərpa olunan, bütöv bir Azərbaycanda yaşayıram.
- Yubileyiniz prezident seçkiləri ilə də eyni günə düşdü...
- Bəli, milyonda bir qismətdi. Bunun üçün ayrıca xoşbəxtəm. “Poeziya günləri”ndə bir nəfər mənə yaxınlaşıb dedi ki, Əlisəmid müəllim, Şuşaya xoş gəlmisiniz! İnanın, gözlərim doldu. Şuşada bu sözü eşitmək başqa hiss idi. Mən bu məmləkəti sevən adamam. Cəhbəsində - ən ağır döyüşlərində də olmuşam. “Öpdüm Prezidentin göz yaşlarından, öpdüm əsgər çəkmələrindən” yazan adamam. Prezident gözləri dolanda televizoru qucaqlamışdım. Nə gözəl ki, artıq bütöv Vətənimiz var.
- Əlisəmid müəllim, sizin həm də bir dəli-dolu obrazınız var. Xüsusi ilə bu yaşda bu obraz sizi narahat eləmir ki?
- Yox, qətiyyən narahat deyiləm. Bu da mənim qismətim, taleyimdir. Hər şey gözəldi, gözəl də olacaq.
- Yubileyinizi necə qeyd edəcəksiniz?
- Bu gün seçkilərdir, bütövlük günümüzdür, ona görə ad gününü ertələdim. Elan da yazmışam ki, dostlar həftə sonuna hazırlaşsınlar.
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi
- Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ekstradisiya edildi
- Magistratura imtahanının nəticələri elan olundu
- Habil Əliyevin adı bu məktəbə verildi
- Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
- Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu