Azərbaycan xalqı 7 il onları idarə edəcək prezidenti seçmək üçün seçkilərə getdi. Azərbaycan xalqı ilk dəfə ölkənin bütün ərazisində səs verdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında çıxış edən nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, böyük əksəriyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verib. Bununla da ölkədə bundan sonra həyata keçiriləcək vacib işlərin qarşısı açılıb.
Ş.Ayrım, həmçinin vurğulayıb:
“Azərbaycan 30 ildir müstəqil siyasət yürüdür. Azərbaycanda seçkilər tam şəffaf keçirilib. Biz həmişə Azərbaycanın yanında olacağıq. İlham Əliyev Azərbaycan xalqından aldığı dəstəklə ölkəni daha da inkişaf etdirəcək”.
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?
- Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr