Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənası olduğunu bəyan edib.
BUTA.TV xəbər verir ki, dövlət başçısı bunu fevralın 8-də Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirdi.
Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Prezident İlham Əliyev və onun ailə üzvləri Xankəndidə seçki məntəqəsində səs veriblər.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
- Bakıya yağış yağacaq
- Xocavəndə daha 27 ailə yola salındı
- Vüsal Aslanovdan yeni rəis - Təyinatları
- Özəl bağçalar hansı qaydada maliyyələşəcək?
- Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
- Məmmədnağı Əkbərov bu agentliyin sədr müavini oldu - Foto
- İki qardaş ölkənin birgə təşəbbüsü: ingilis dilində, pulsuz tədris... - Video
- Yol polisindən sürücülərə xəbərdarlıq