ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbəti zamanı Rəfahda mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
Amerika lideri bildirib ki, Rəfah əməliyyatı orada sığınan mülki əhalinin təhlükəsizliyini təmin edəcək plan olmadan həyata keçirilə bilməz.
Tərəflər girovların azad edilməsi səylərini də müzakirə ediblər. Ağ Evin rəhbəri İsrail üçün uzunmüddətli təhlükəsizliyə nail olmaq və HƏMAS hərəkatını məğlub etmək zərurətini dəstəkləyib.
Bayden həmçinin Fələstin vətəndaşları üçün humanitar imkanların artırılması istiqamətində addımların atılmasını müdafiə edib.
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video